Azərbaycanda yeni məhkəmə kompleksi tikiləcək

Ədliyyə Nazirliyi Şirvan şəhərində inşa ediləcək Məhkəmə Kompleksinin layihələndirilməsi ilə bağlı keçirdiyi açıq tender müsabiqəsinə yekun vurub.

Banker.az xəbər verir ki, müsabiqə Şirvan Məhkəmə Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınmasını nəzərdə tutur.

Satınalmanın qalibi “BİMD” Qapalı Səhmdar Cəmiyyəti olub.

Nazirlik ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 235 min 882 manat təşkil edir. Müqaviləyə əsasən, şirkət yeni kompleksin tikintisi üçün tələb olunan bütün layihə-smeta sənədlərini hazırlayaraq təhvil verəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər

Auto Draft

Digər xəbərlər