“Ermənistan Azərbaycandan qaz almağa hazırdır”

Ermənistan Azərbaycan qazının alınması imkanını istisna etmir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Azərbaycan qazının Ermənistana mümkün tədarükü ilə bağlı suala Qriqoryan ölkəsinin bütün mümkün mənbələrdən qaz almağa hazır olduğunu bildirib.

“Biz qazı mümkün olan hər yerdən almaq istəyirik. Rusiya qaz verərsə, Rusiyadan alacağıq, Azərbaycan verərsə, Azərbaycandan, İran verərsə, İrandan alacağıq”, – deyə o bildirib.

Qriqoryanın sözlərinə görə, Ermənistan bir ölkədən olan asılılığı digər ölkədən olan asılılıqla əvəz etmək niyyətində deyil. O, enerji məsələsində əsas yanaşmanın alternativlərin və balansın qorunması olduğunu vurğulayıb.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər