Banker.az-ın İnvestisiya kanalı təqdim edir:
SAAT 09.05-ə qədər
▫️Donald Tramp İranla müharibənin sonuna yaxınlaşdıqlarına ümid etdiyini bildirib. O, İranın razılaşma istədiyini və Tehran tərəfindən ABŞ ilə birbaşa əlaqə saxlanıldığını deyib. Trampın gələn həftə BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə İran müharibəsi və sonrakı strategiyanı müzakirə edəcəyi gözlənilir. (Mənbələr: Reuters, Axios)
▫️ABŞ rəsmilərinin ötən həftəsonu Omanın paytaxtı Maskatda Husi nümayəndələri ilə birbaşa görüşdüyü üzə çıxıb. Husilər danışıqlarda ABŞ gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və Vaşinqtonla 2025-ci il atəşkəsinə sadiq qaldıqlarını bildiriblər. (Reuters, AP)
▫️Səudiyyə–Husi qarşıdurması daha da şiddətlənib. Husilər Səudiyyənin Khamis Mushait hərbi hava bazasını və Yanbudakı neft obyektini vurduqlarını bildiriblər. Qrup bunu Səudiyyənin Yəməndə son 24 saatda həyata keçirdiyi 40 hava zərbəsinə cavab kimi təqdim edib. Ər-Riyad Yanbu hücumunu hələ təsdiqləməyib. (Reuters, Al Jazeera)
▫️Husilər Yəmənin Marib bölgəsində Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcısını vurduqlarını açıqlayıblar və təyyarənin qalıqlarına aid görüntülər yayıblar. Səudiyyə hökuməti hadisəni rəsmən təsdiqləməyib, lakin “WSJ”nin danışdığı iki mənbə Səudiyyə təyyarəsinin vurulduğunu bildirib. (WSJ, Reuters)
▫️Səudiyyə Ərəbistanının raket və PUA hücumlarına qarşı istifadə etdiyi raket-interseptor ehtiyatlarının azaldığı bildirilir. Ər-Riyad Fransa, Böyük Britaniya, Pakistan və Misirdən hava hücumundan müdafiə dəstəyi istəyib. Hələlik bu ölkələrdən hərbi müdaxilə barədə konkret öhdəlik açıqlanmayıb. (AP, Al Jazeera)
▫️Neft qiymətləri bu səhər geriləyib. Bakı vaxtı ilə təxminən 07:47-də Brent $105,64, WTI isə $102,10/barel olub. Hər iki marka çərşənbə günü təxminən $3 ucuzlaşıb. Qiymətlərə Səudiyyənin Oman vasitəsilə Asiyaya əlavə neft təklif etməsi təsir göstərib. (Reuters)
▫️Səudiyyə Ərəbistanı Oman yaxınlığında “ship-to-ship” əməliyyatları ilə Asiya emalçılarına əlavə neft göndərməyə başla▫️Səudiyyə Ərəbistanı Oman yaxınlığında “ship-to-ship” əməliyyatları ilə Asiya emalçılarına əlavə neft göndərməyə başlayır. Bununla belə, bazar iştirakçıları bu marşrutun Şərq–Qərb kəmərinin dayanması və Yanbudan ixracın azalmasını yalnız qismən kompensasiya edə biləcəyini bildirirlər. (Reuters, Bloomberg)
▫️Şərq–Qərb kəməri hələ də tam işlək deyil, Yanbu limanında xam neft yükləmələri dayandırılıb və Səudiyyə Avropaya bəzi neft partiyalarını ləğv edib. Hörmüzdən daşımaların artması vəziyyəti yumşaltsa da, Yaxın Şərqdə təklif riski yüksək olaraq qalır. (Reuters)







