Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı üçün yeni korpusların tikintisi ilə bağlı keçirilmiş dövlət satınalma müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, irihəcmli tenderin qalibi “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 5 014 737 manat təşkil edir.
Layihə çərçivəsində qalib podratçı şirkət hospitalın ərazisində müasir standartlara cavab verən yeni korpusların tikinti-quraşdırma işlərini icra edəcək.







