Azərbaycanda siqaret istehsalı 16% artıb – 12.3 milyard ədədə çatdı

2026-cı ilin yanvar-avqust aylarında ölkədə tütün məmulatlarının istehsalında əhəmiyyətli artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Cari ilin ilk 8 ayında 12 milyard 346.1 milyon ədəd siqaret istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% çoxdur.

Eyni dövrdə emal olunmuş tütün istehsalı 2.2 dəfə artaraq 2 578.7 tona çatıb.

2026-cı il sentyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 1 milyard 305.3 milyon ədəd siqaret və 494.5 ton emal olunmuş tütün hazır məhsul ehtiyatı qalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər