Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonunda həyata keçirilən yaşayış kompleksi layihəsi çərçivəsində daha bir iri həcmli tenderə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Enerji Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 7 661 750 manat təşkil edir.
Müqaviləyə əsasən, “Enerji Qrup” MMC Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində inşası planlaşdırılan çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili elektrik enerjisi təminatı işlərini icra edəcək.







