Macarıstan bir il ərzində Avropa İttifaqının tələblərini yerinə yetirərək Rusiya qazından tam imtina edə bilər.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri bildirib.
Onun sözlərinə görə, Macarıstan digər ölkələrdən rəqabətqabiliyyətli qiymətlərlə qaz almaq üçün kifayət qədər boru kəməri infrastrukturuna malikdir.
Hökumət eyni zamanda Rusiyanın iştirakı ilə ölkənin yeganə atom elektrik stansiyasının genişləndirilməsi planlarını yenidən nəzərdən keçirir.
Bundan əlavə, Budapeşt Rusiya neftindən asılılığı azaltmaq üçün xam neft tədarükünü şaxələndirmək məqsədilə alternativ təchizatçılarla danışıqlar aparır.







