2026-cı ilin ilk yarısında cədvəldə ayrıca göstərilən Avropa ölkələrindən Azərbaycana fiziki şəxslər tərəfindən ümumilikdə $109,3 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $69,9 milyonla müqayisədə 56,4% çoxdur.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artımda əsas rol İrlandiyadan daxil olan vəsaitlərin kəskin yüksəlməsi olub. Bu ölkədən Azərbaycana pul köçürmələri 7,3 dəfə artaraq $5,9 milyondan $43 milyona çatıb.
Böyük Britaniyadan köçürmələr 9,3% artaraq $20,5 milyona, Almaniyadan 29,3% artaraq $13,5 milyona, Fransadan isə 7,4% artaraq $13 milyona yüksəlib.
Litvadan daxilolmalar 14% artaraq $3,5 milyona, Niderlanddan 14,1% artaraq $2,9 milyona, Çexiyadan isə 75,1% artaraq $1,2 milyona çatıb.
Bununla yanaşı, İsveçrədən Azərbaycana pul köçürmələri 24,4% azalaraq $4,2 milyona, Avstriyadan 26,1% azalaraq $3,7 milyona, Polşadan 41,5% azalaraq $1,3 milyona düşüb. İtaliyadan daxilolmalar 16,3% azalaraq $1,2 milyon, Belarusdan isə 38,8% azalaraq $1,3 milyon təşkil edib.
Əks istiqamətdə, Azərbaycandan cədvəldə ayrıca göstərilən Avropa ölkələrinə pul köçürmələri demək olar dəyişməyərək $49,2 milyon olub. 2025-ci ilin ilk yarısında bu göstərici $49,4 milyon təşkil etmişdi.
Məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.







