2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil etmişdir.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4451,1 manat, qeyri neft-qaz sektorunda 1117,9 manat təşkil etmişdir.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1172,1 manat, özəl müəssisələrdə isə 1181,1 manat olmuşdur.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.
Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı 4 267,6 manat təşkil edib ki, bunun da dövlət sektorunda 2 621,2 manat, qeyri-dövlət sektorunda isə 5 046,6 manat olduğu bildirilir. Eyni dövrdə informasiya və rabitə sahəsində çalışanların orta aylıq nominal əməkhaqqı 2 137,1 manata çatıb; bu göstərici dövlət sektorunda 1 910,7 manat, özəl sektorda isə 2 272,5 manat olaraq qeydə alınıb.







