Azərbaycanda səhiyyəyə birbaşa dövlət büdcəsi xərclərinin həcmi 2025-ci ildə 1 milyard manatı keçib.
Banker.az-ın verdiyi məlumata görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyəyə 1 milyard 275,3 milyon manat vəsait yönəldilib.
Bu məbləğ dövlət büdcəsinin ümumi xərclərinin 3,3 faizinə və ölkənin ümumi daxili məhsulunun təxminən 1 faizinə bərabər olub.
Sosial müdafiə və sosial təminata isə 4 milyard 554,2 milyon manat xərclənib. Bu istiqamət dövlət büdcəsinin ümumi xərclərinin 11,8 faizini təşkil edib.
Beləliklə, səhiyyə, sosial müdafiə və sosial təminata birlikdə təxminən 5,83 milyard manat dövlət büdcəsi vəsaiti yönəldilib.
2025-ci ildə dövlət büdcəsinin bu hesablamada nəzərə alınan ümumi xərcləri 38,6 milyard manat olub.







