Zallar kəndinin su təchizatı üçün 4 milyon manata yaxın pul xərclənəcək

“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Zallar kəndində layihəyə 4 milyon manatadək vəsait yönəldiləcək.

Banker.az xəbər verir ki, “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Zallar kəndində infastruktur layihəsinin icrası ilə bağlı keçirilmiş açıq tenderə yekun vurub.

Tender komissiyasının qərarına əsasən, Zallar kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və qurğularının tikintisi işlərinin icrası “İNVESTAZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.

Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 3 996 986 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər