Azərbaycanda 41 milyon manata iki yeni su elektrik stansiyası tikilir

“Azərenerji” iki yeni su elektrik stansiyasının tikintisini 40,8 milyon manata “BCC Group”a tapşırıb.

Banker.az xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) “Çardaqlı-1” və “Çardaqlı-2” kiçik su elektrik stansiyalarının (KSES) tikintisi işləri ilə bağlı keçirdiyi iri həcmli açıq tenderə yekun vurub.

Tender komissiyasının qərarı ilə tikinti işlərinin icrası “BCC Group” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib.

Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 40 831 331 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər