Bakıda daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.







