Azərbaycanda yaşayış mənzillərinin ümumi sahəsi artmaqda davam edir. Ölkənin mənzil fondu bir il ərzində 6 milyon kvadratmetrdən çox genişlənib.
Banker.az-ın verdiyi məlumata görə, 2026-cı ilin əvvəlinə Azərbaycanın ümumi mənzil fondu 241,9 milyon kvadratmetr təşkil edib.
Bir il əvvəl bu göstərici 235,5 milyon kvadratmetr idi. Beləliklə, mənzil fondu təxminən 6,4 milyon kvadratmetr və ya 2,7 faiz artıb.
Mənzil fondunun 228,9 milyon kvadratmetri qeyri-dövlət mülkiyyətindədir. Bunun 223,8 milyon kvadratmetri əhalinin xüsusi mülkiyyətinin payına düşür.
Dövlət mülkiyyətində olan mənzil fondunun sahəsi isə bir il ərzində 10,6 milyon kvadratmetrdən 13 milyon kvadratmetrə yüksəlib.
Ölkə üzrə adambaşına düşən orta mənzil sahəsi 23,0 kvadratmetrdən 23,6 kvadratmetrə yüksəlib. Şəhərlərdə bu göstərici 25,1 kvadratmetr təşkil edir.
2011-ci ildə Azərbaycanın ümumi mənzil fondu 159,6 milyon kvadratmetr, adambaşına düşən mənzil sahəsi isə 17,7 kvadratmetr idi.







