“Azərbaycan İnvestisiya Holdinqi” Publik Hüquqi Şəxsi əməkdaşlarının könüllü tibbi sığortası üzrə keçirdiyi açıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.
Şirkət Holdinq əməkdaşlarına könüllü tibbi sığorta xidmətlərinin göstərilməsini təmin edəcək.
Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 45 000 manat təşkil edir.
Müqavilə çərçivəsində şirkət Holdinqin 100 nəfər əməkdaşına könüllü tibbi sığorta xidmətlərinin göstərilməsini təmin edəcək. Sığorta paketi hər bir əməkdaş üçün minimum 20 000 manatlıq təminatı əhatə edir.







