Yeni tikililər daha çox satılır, amma 1 kv.m sovet mənzillərində bahadır

Yeni tikililər say baxımından bazarda lider mövqeyə keçmişdir – mənzillərin 52,0%-i yeni tikililərə, 45,3%-i Sovet dövrü mənzillərinə aiddir.

Banker.az xəbər verir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir

I rübdə bu iki qrup demək olar ki, bərabər olduğu halda (təxminən 48-49%), il ərzində yeni tikililərin payı artmışdır. Ümumi alqı-satqı məbləğinin 62,0%-i yeni tikililərin payına düşür, çünki onlar həm sahəcə daha böyük (orta 77 kv.m), həm də alqı-satqı sayı daha çoxdur.

Maraqlı haldır ki, il ərzində Sovet dövrü mənzillərinin 1 kv.m qiyməti (2.041 AZN) yeni tikililərin kv.m qiymətindən (1.983 AZN) bir qədər yuxarıdır. Formalaşmış belə qiymətləri Sovet mənzillərinin əsasən Bakının mərkəzi rayonlarında, yeni tikililərin isə Abşeron və ətraf qəsəbələrə də yayılmış olması ilə izah etmək olar. Sovet İttifaqından əvvəl tikilmiş mənzillərin 1 kv.m qiyməti (2.473 AZN) ən yüksəkdir. Belə mənzillərin də demək olar ki tamamilə mərkəzi yerlərdə yerləşməsi ilə əsaslandırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər