Toğrul Xəlilov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Banker.az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra Mərkəzə rəhbərlik edəcək.
Toğrul Xəlilov daha əvvəl “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qaliblərindən biri olub. O, müsabiqə çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin mentorluq proqramında iştirak edib.
Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir və ölkədə məktəbdənkənar idman fəaliyyətinin təşkilində iştirak edən qurumlardan biridir.







