Həkəriçay su anbarının tikintisinə 150 milyon manat ayrılır.
Banker.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ Həkəriçay su anbarının tikintisi ilə bağlı satınalma elan edib.
Satınalmanın ehtimal olunan qiyməti 150 milyon 95 min manatdır.
Layihə çərçivəsində Həkəriçay su anbarının tikintisi həyata keçiriləcək.







