“Abşeron Logistika” ötən ilki mənfəət və gəlirlərini açıqladı

“Abşeron Logistika” MMC 2025-ci ili 6 milyon 187 min manat xalis mənfəətlə başa vuraraq, 2024-cü ilin müvafiq göstəricisini (6 milyon 106 min manat) 1.3% üstələyib.

Banker.az xəbər verir ki, “Abşeron Logistika” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatını açıqlayıb.

Ötən il şirkətin əsas fəaliyyət üzrə gəlirləri 61 milyon 119 min manatdan 20.2% artaraq 73 milyon 498 min manata, cəmi gəlirləri isə 65 milyon 118 min manatdan 19.4% artaraq 77 milyon 762 min manata yüksəlib. Əməliyyat xərcləri də 22% artaraq 57 milyon 566 min manatdan 70 milyon 103 min manata çatıb.

“Abşeron Logistika” MMC-nin cəmi aktivləri 2025-ci ildə 24.1% artaraq 37 milyon 265 min manatdan 46 milyon 237 min manata yüksəlib. Hesabat dövründə cəmi öhdəliklər 21 milyon 101 min manatdan 25 milyon 589 min manata, şirkətin kapitalı bölüşdürülməmiş mənfəətin artması hesabına 16 milyon 165 min manatdan 20 milyon 648 min manata çatıb. 

Xatırladaq ki, təsisçi müəssisə olan “Abşeron Logistika” MMC “Abşeron Konteyner” MMC, “MB Broker” MMC, “AG Express” MMC və “Abşeron Express” MMC-də 100%-lik pay sahibinə malikdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər