Sabahdan, sentyabrın 23-dən Bakıda “Formula 1″ə yarışması səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
Distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi “Formula 1” trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.







