Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Moskvada keçirilə bilər və Ukrayna liderinə təhlükəsizlik zəmanəti veriləcək.
Banker.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, əks halda iki ölkə liderinin görüşü vaxt itkisinə çevrilə bilər.
Peskov bildirib ki, Moskva Zelenskinin Rusiya paytaxtına gəlməsi halında onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
Rusiya rəsmisi daha əvvəl də Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə, Moskvaya gələ biləcəyini və bununla bağlı dəvətin qüvvədə qaldığını bildirib.







