30 oktyabr 2026-cı ildə, saat 11-da “Oriyad Balıq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. Səhmdarların ümumi yığıncağının 12.07.2022-ci il tarixli qərarlarının və onun nəticələrinin ləğv edilməsi haqqında;
2. 2025-ci ilin İllik maliyyə hesabatının təsdiq edilməsi haqqında,
3. Cəmiyyətin ləğv edilməsi haqqında;
4. Ləğvetmə Komissiyasının yaradılması haqqında;
5. Ləğvetmə Komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında;
6. Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətlərinə xitam verilməsi haqqında,
7. Digər məsələ.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri, saat 10:00-dan 13.00-dək tanış ola bilərlər. Ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti 1
Xatırladaq ki, ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elsəvər Məmmədovdur.







