Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Nərimanov rayonu ərazisində aparılacaq irimiqyaslı abadlıq-yenidənqurma işləri üzrə keçirdiyi açıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Qrand Dizayn Konstrakşn” MMC seçilib.
Müqaviləyə əsasən, qalib şirkət Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq və yenidənqurma işlərini icra edəcək.
Bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 22 966 964 manat təşkil edir.







