İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 22-də keçirilən hərracda 6 nəqliyyat vasitəsi və 5 avadanlıq satılıb.
Banker.az xəbər verir ki, hərracda start qiyməti 18.000 manat olan “Land Rover Defender” markalı avtomobil 35.000 manata, ilkin qiyməti 5.000 manat olan “Changan Reaton” markalı nəqliyyat vasitəsi 13.050 manata, ilkin qiyməti 5.500 manat olan avadanlıqlar isə 30.000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 29 sentyabr tarixində keçiriləcək.







