Elbəydaş filiz yatağı minalardan təmizlənib istismara hazır vəziyyətə gətiriləcək

Elbəydaş filiz yatağının minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi və istismara hazır vəziyyətə gətiriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” da öz əksini tapıb.

Qeyd edilib ki, yataq ərazisində mina və partlayıcı sursatlarla çirklənmiş sahələrin müəyyənləşdirilib, təmizlənəcək. Təmizlənmiş yataq ərazisinin istismara hazır vəziyyətə gətiriləcək.

Prosesin əsas icraçı qurumu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidir (ANAMA). Digər içraçı qurum isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Elbəydaş filiz yatağının minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi üzrə tədbirlərin 2027–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Elbəydaş filiz yatağında minalanmış və partlayıcı sursatlarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi, onların təmizlənməsi və yatağın sonrakı istismar üçün hazırlanması mərhələli şəkildə həyata keçiriləcək.

Sənəddə nəzərdə tutulan tədbir dağ-mədən (metal filizləri) sənayesinin inkişafı istiqamətində planlaşdırılan işlər çərçivəsində yer alır. Yataq ərazisinin partlayıcı sursatlardan təmizlənməsi həm ərazidə təhlükəsiz fəaliyyət imkanlarının yaradılması, həm də filiz yatağının gələcək istismarına hazırlıq baxımından proqramda ayrıca tədbir kimi müəyyənləşdirilib.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər