Gələn ildən Bakı metrosunda 9 yeni stansiyanın tikintisinə başlanılacaq

Bakı metropolitenində 9 yeni stansiyanın və tunellərinin tikintisinə 2027-ci ildə başlanacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda hazırlıq işləri aparılır. Sənədləşmə və digər işlərin bu il yekunlaşdırılması nəzərdə tutulur.

Bəxtiyar Məmmədov qeyd edib ki, gələn il bütün 9 stansiyanın tikintisinə eyni vaxtda başlanacaq. Plana əsasən, stansiyalar 2030-cu ilin sonunadək istifadəyə veriləcək:

“2030-cu ilədək tikilməsi nəzərdə tutulan 10 stansiyadan dördü Yaşıl, altısı isə Bənövşəyi xətt üzrə planlaşdırılıb. Bənövşəyi xəttin sayca 4-cü stansiyası olan “20 Sentyabr” stansiyasında isə tikinti işləri yekunlaşır”.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər