2026-cı ilin yanvar-avqust ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 6.4% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 28% çoxalaraq 773 milyon 153 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 48 milyon manat, sığorta ödənişlərinin həcmi isə 603 milyon 414 min manat olub.







