Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası əsaslı təmir olunacaq və yenidən qurulacaq.
Banker.az xəbər verir ki, İnnovasiya və Təchizat Mərkəzi Publik Hüquqi Şəxsi tibb müəssisəsinin binasının, yardımçı korpuslarının əsaslı təmiri və yenidən qurulması, həmçinin həyətyanı sahəsində abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı açıq tender elan edib.
Layihənin ehtimal olunan qiyməti 10 milyon 690 min manat təşkil edir.







