Azərbaycan 2026-cı ildə bir sıra ölkələrin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edib.
XİN-dən əldə edilən məlumata əsasən, 2026-cı ildə Azərbaycan tərəfindən 9 ölkə və ərazi üzrə ümumvətəndaş pasport sahibləri üçün birtərəfli qaydada vizasız rejim tətbiq edilir.
Belə ki, Çinin Honkonq və Makao Xüsusi İnzibati Regionlarının ümumvətəndaş pasportlarına malik vətəndaşları 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilədək Azərbaycana 3 dəfə vizasız daxil ola və hər giriş zamanı 30 günədək qala bilərlər.
Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və Küveyt vətəndaşları üçün vizasız rejim 15 fevral 2026-cı ildən 15 fevral 2027-ci ilədək qüvvədədir. Bu ölkələrin vətəndaşları Azərbaycana həmin müddət ərzində 3 dəfə vizasız daxil ola və hər girişdə 30 günədək qala bilərlər.
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün vizasız rejim 1 iyul 2026-cı ildən 1 iyul 2027-ci ilədək tətbiq olunur. Onlar da Azərbaycana 3 dəfə vizasız daxil olmaq və hər girişdə 30 günədək qalmaq hüququna malikdirlər.
Bosniya və Herseqovina və Sinqapur vətəndaşları üçün isə vizasız rejim 1 avqust 2026-cı ildən 1 avqust 2027-ci ilədək qüvvədə olacaq. Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız daxil ola və hər səfərdə 30 günədək qala bilərlər.
Beləliklə, XİN-in hazırkı məlumatına görə, 2026-cı ildə Azərbaycan tərəfindən yeni vizasız rejim tətbiq edilən istiqamətlər bunlardır:
- Çin Xalq Respublikasının Honkonq və Makao Xüsusi İnzibati Regionları;
- Səudiyyə Ərəbistanı;
- Oman;
- Bəhreyn;
- Küveyt;
- Yaponiya;
- Koreya Respublikası;
- Bosniya və Herseqovina;
- Sinqapur.
Qeyd edək ki, bu gün Azərbaycan Dominikan Respublikası və Kolumbiya ilə də ümumvətəndaş pasport sahiblərinin vizadan qarşılıqlı azad olunması istiqamətində sazişlər imzalayıb.
Bundan bir gün əvvəl isə (23 sentyabr 2026-cı il) Azərbaycan və Kolumbiya arasında da adi pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.
Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək.
XİN-in vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr üzrə rəsmi siyahısına BURDAN baxa bilərsiniz.







