“Qala Sığorta”nın yığımlarında kəskin azalma – 16.8 milyon manatlıq geriləmə

“Qala Sığorta” ASC-nin 2026-cı ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

2026-cı ilin yanvar-avqust aylarında “Qala Sığorta” ASC-nin sığorta haqları yığımı 41 milyon 696 min manat təşkil edib.

Ötən ilin eyni dövründə (2025-ci ilin yanvar-avqust ayları) bu göstərici 58 milyon 516 min manat səviyyəsində olub.

Açıqlanan statistikaya əsasən, şirkətin sığorta yığımları illik müqayisədə 16 milyon 820 min manat və ya 28,7% (təxminən 29%) azalıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10 017 788 manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər