“Azərbaycan Sənaye Sığorta”da sığorta yığımları 3.7 milyon manat azalıb

2026-cı ilin yanvar-avqust aylarında “Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta yığımları 17 milyon 969 min manat təşkil edib.

Banker.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% azdır.

Belə ki, 2025-ci ilin 8 ayında şirkətin yığımları 21 milyon 662 min manata bərabər olub.

Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər