2026-cı ilin yanvar-avqust aylarında “Qala Həyat Sığorta” Şirkətinin sığorta yığımları 18 milyon 25 min manat təşkil edib.
Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% və ya 3 milyon 38 min manat azdır.
Belə ki, 2025-ci ilin 8 ayında şirkətin yığımları 21 milyon 63 min manat səviyyəsində olub.
Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti ASC 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Onun səhmlərinin 50 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.







