Mərkəzi Bank: Xarici valyuta ehtiyatları yüksəlib

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında bildirilib.

İcmalda qeyd olunub ki, 01 iyul 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,3 mlrd. dollar təşkil edir ki, bu da I rübün sonu ilə müqayisədə 5,4% yüksəkdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalı, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir.

APA

Son xəbərlər
Digər xəbərlər