Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində iyun ayında kommersiya banklarına xalis rubl satışı 956 787 400 RUB təşkil edib. Azərbaycan Mərkəzi Bankın verdiyi xəbərə görə, bu, 2015-ci ilin əvvəlindən əhali tərəfindən təklif edilən ən yüksək aylıq göstəricidir.
Ümumiyyətlə, ölkə əhalisi 2016-cı ilin ilk yarısında kommersiya banklarına 4 001 265 900 rubl həcmində xalis satış həyata keçirib.
May ayı ilə müqayisədə əhali iyunda banklara nağd rubl satışını 20,9% artırıb.
Qeyd edək ki, ötən ilin iyun ayı ilə müqayisədə kommersiya banklarının əhalidən xalis rubl alışı 4,7% artıb, yarımillik göstərici isə illik nisbətdə 28,7% çox olub.
“Report”un analitik qrupu qeyd edir ki, əhalinin xalis rubl satışını artırmasına əsas səbəb Rusiyadan olan turistlərin artması və bu ölkədə yaşayan həmyerlilərimizin vətənə qayıtmaları ilə əlaqədardır.