8 C
Baku
Friday, December 13, 2024

Sabiq filial müdiri müavini appelyasiya şikayəti verib

Lisenziyası ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, şikayət bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Şikayətdə E. Seyidovun səhhəti ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən azad olunması əksini tapıb.

Qeyd edək ki, Qaradağ rayon məhkəməsində Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması ilə bağlı müraciətinə baxılarkən bir müddət əvvəl bununla bağlı tibbi ekspertiza təyin olunduğu açıqlanıb. Ekspertizanın nəticələrinə əsasən E. Seyidovun səhhətinin cəzasını cəzaçəkmə müəssisəsində çəkməsində imkan verdiyi açıqlanıb.

Məhkəmə onun müraciətini təmin etməyib.

Apellyasiya şikayəti həmin qərardan verilib.

E. Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər
Digər xəbərlər