Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub.