19 C
Baku
Sunday, October 6, 2024

Mühasibat uçotunun əsasları şəxsi maliyyənin timsalında

Siz vəsaitlərinizi necə idarə etdiyiniz, onların əslində nə qədər dəyərli olduğu və ya bir neçə il sonra hansı gəlirliliyə sahib olacağı barədə nə vaxtsa düşünmüsünüzmü? Axı şəxsi mühasibatlıq da çox vacib amildir, burada da “aktiv” və “passiv” terminlərindən istifadə olunur.

Hamımız pullarımızı saymağı sevir və bacarırıq. Düzdü, hərdən biz başa düşə bilmirik ki, onlar hara yoxa çıxırlar – elə bil ki, maaş təzəcə verilmişdi (həm də çox da az deyildi), amma artıq pul yoxdur… Lakin bu başqa mövzunun obyektidir. Bu gün sizə şəxsi maliyyə timsalında korporativ maliyyədən danışacağıq. Sizin pullarınız yaxında və daha başa düşülən olduğundan onlarla işləmək daha asan olur nəinki, “ictimai” pullarla. Sirr nədədir?
Ilk öncə bir sıra baza anlayışlarına diqqət yetirək.

Mühasibat balansı (MB) – müəyyən tarix üçün şirkətin əmlak və öhdəlikləri haqqında informasiyadır.

MB Aktiv (əmlak) və Passivlərdən (öhdəliklər) ibarətdir. Aktiv – şirkətin sahib olduğu resurslardır, onun mülkiyyətidir (bina, dəzgah, material, hesablarda olan pul vəsaitləri və müxtəlif tipli patent hüquqları ola bilər). Passiv – bu şirkətin resurslarının formalaşma mənbəyidir (nizamnamə kapitalı, bank kreditləri və ya sadəcə bizim malgöndərənə olan borcumuz).

Ikili yazılış – bu şirkətin fəaliyyətinin “gəldi-getdi” (debet-kredit) fomasında qeyd edilməsindən ibarətdir. Daha doğrusu, əgər hesaba pulu daxil olmasını qeyd etmək istəyiriksə, onda həmin pulların haradan gəldiyini də qeyd etməliyik, məsələn, bu alıcıdan daxilolmalar ya da bank kreditləri ola bilər.

Əbəs yerə Balansı balans adlandırmırlar. Balansda hər şey tarazlaşdırılmış olmalıdır: hansı əmıliyyatı aparmanızdan asılı olmayraq, Aktiv həmişə Passivə bərabər olmalıdır, çünki siz daxil olmaları bir yerdə, çıxarışları isə digər bir yerdə qeyd edirsiniz. Bütün bu çətinlikləri şəxsi maliyyədə necə təsvir etmək olar?

Sizə elə gələr bilər ki, pulun daxil olma mənbəyi və ikili yazılış nəyə lazımdır? Pul qazanıldı – lap əla – bu bizim gəlirimizdir. Pul xərclənildi – bu bizim xərcimiz və ya zərərimizdir. Əgər biz növbəti əməkhaqqını alarkən balansımızda hələ də pul vəsaiti varsa, onda bu yaxşıdır, deməli biz maliyyə idarəçiliyinin öhdəsindən gələ bilmişik, əks halda isə vəziyyət gərgin olacaq. Məsələ burasındadır ki, sizin pullarınızın mənbəyi (başqa sözlə, Passiv) ya təkcə əməkhaqqı, əlacsız qaldıqda isə borc və ya kredit ola bilər. Hətta qazanclar, hədiyyə və miras belə sizin maliyyə mənbəyiniz olan “əməkhaqqıdan” fərqlənmir, belə ki pullar sizin əlinizə gəlib və onlar Sizindir!

Belə olan halda siz alış-veriş edərkən birbaşa olaraq öz maliyyə mənbəyinizə müraciət edirsiniz. Bu zaman sizin telefonunuza hesabdan pulun silindiyinə dair sms gəlir. Lakin bununla yanaşı, sizin yeni əşyanız olur və ya yeni hisslər yaşayırsınız. Bu ikili yazılışdır – balansda belə qeyd olunur – pullar “minus” (kredit), əmlak “plyus” (debet).

Adi həyatda insanlar məhz pulların hərəkətini (pulu cibə qoydum, pulu cibdən çıxartdım) əks etdirirlər (özlərində qeyd edirlər), və yalnız bu meyarlar əsaslanırlar (bəs bütün bu əməliyyatlardan sonra cibdə nə qədər pul qalıb).

Biz əksər hallarda, “cibdən pulu çıxarardıqdan” sonra aktivlərin sonrakı taleyi ilə maraqlanmırıq. Yemək, məzuniyyət çıxma, təmir işləri görmək və s. kimi işlərə pul xərcləyəndə, biz müəyyən hisslər yaşayırıq və ona görə də əldə etdiyimiz aktivləri maddi cəhətdən qiymətləndirmirik. Yəni məsələ maliyyə idarəçiliyindən kənara çıxır. Bizim aktivlərimiz bir formadan digərinə keçmir və biz heç də onu pul formasında əks etdirməyə çalışmırıq. Maliyyə məsələlərində biz yalnız öz istəklərimizin təminat mənbəyi olan “cibimiz” haqda fikirləşirik. Hansı tezlikdə və yetərlilikdə o artır və istifadə olunur.

Bizim cibimizdən pul axını aktivlərin formalaşdırılması üçün deyil, xərc və məsrəflərə yönəlib. Biz hansı tezliklə avtomobil və ya mənzil alırıq? Istənilən texnika və geyim əbədi olmadığına görə, onlara gələcəkdə gəlir gətirə biləcək real aktiv qismində baxmaq düzgün olmazdı. Siz vəsaitlərinizi necə idarə etdiyiniz, onların əslində nə qədər dəyərli olduğu və ya bir neçə il sonra hansı gəlirliliyə sahib olacağı barədə düşünsəniz, onda siz maliyyə və əmlak anlayışına daha hərtərəfli baxmaq istəyəcəksiniz. Medalın hər iki üzünü (haradan götürüb və hara qoyursunuz) təsvir etməyiniz daha məqsədəuyğun olardı.

Yeri gəlmişkən çoxları mühasibat qanunlarından istifadə etdiyinin fərqinə varmadan belə, şəxsi vəsaitlərini bu yolla idarə edir. Fərz edək ki, siz yeni avtomobil alırsınız, bu zaman “hansı sizin xoşunuza gəlir” prinsipi deyil, “bir neçə il istifadə etdikdən sonra hansı daha az dəyərini itirir” prinsipini nəzərə almaq lazımdır – bu maliyyənin savadlı idarə olunması deməkdir. Bu da maliyyəçilərin şirkətin maliyyə vəziyyətini necə idarə etdiklərinə aydınlıq gətirir.

Son xəbərlər
Digər xəbərlər