İstənilən peşəyə və sosial statusa malik insan daha yüngül, kompakt və rahat cihazlara sahib olmaq istəyir.
“iLenta.com” saytına istinadən məlumata görə, Çinin “Old Shark” şirkəti olduqca rahat portativ “BK066” adlı klaviatura istehsal edib.
Bu klaviatura cihaza “Bluetooth 2.0” vasitəsilə qoşulur.
Onun əsas özəlliyi qatlanan konstruksiyaya malik olmasıdır. Qatlanmış halda klaviatura orta həcmli smartfon ölçülərində olur. Nəticədə o çox asanlıqla cibə yerləşə bilir. Onun ölçüləri 145 x 90 x 15 mm, çəkisi isə 185 qram təşkil edir.
“Old Shark BK066” olduqca dəbli görünür. Cihaz “Android”, iOS və “Windows” əməliyyat sistemi bazasında çalışan cihazlarla uyğunlaşır./lent.az