13 C
Baku
Saturday, November 23, 2024

Enterprise Resource Planning (ERP) Administrator- Nar

Nar telekommunikasiya xidmətlərini  təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır

Müəssisə Resurslarının Planlaşdırılması (MRP) üzrə Administrator

Əsas Vəzifə və Öhdəliklər:

• İnformasiya Texnologiyaları strategiyasına və illik inkişaf planına əsaslanaraq Şirkətin Müəssisə Resurslarının Planlaşdırılması Sistemini təkmilləşdirmək və icra etmək
• Təchizatçıların tələblərinə, daxili müştərilərin ehtiyaclarına və aparıcı təcrübəyə əsaslanaraq Müəssisə Resurslarının Planlaşdırılması Sisteminin tətbiqi üzrə əməliyyatları yerinə yetirmək
• Sistem infrastrukurunun texniki dayanmalarını aradan götürmək və ya minimuma endirmək, sistemlərin mövcudluğunu və etibarlılığını təmin etmək
• Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək
• MS SQL Database Server Administrasiyasına dəstək göstərmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və Əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı  təkmilləşmə
• Microsoft SQL Server Administrasiyası üzrə işləmə bacarığı ( üstünlük hesab olunur)
• Microsoft Dynamics Navision üzrə bilik ( üstünlük hesab olunur)
• Mükəmməl Excel biliyi
• Maliyyə və Mühasibatlığın əsasları üzrə bilik
• Nisbi Məlumat bazası üzrə bilik
• Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Riyaziyyat və Komputer Elmləri üzrə Ali təhsil
• Müəssisə Resurslarının Planlaşdırılması Sistemi üzrə minimum 3 il iş təcrübəsi

Əlavə məlumat:

İş qrafiki : tam ştat
İş müddəti : daimi
Son müraciət tarixi: 09/09/2016

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Müəssisə Resurslarının Planlaşdırılması (MRP) üzrə Administrator qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər