10 C
Baku
Thursday, December 12, 2024

Smartfon bazarına “ağalıq” edənlərin adı açıqlandı

Smartfon bazarının 99,1 faizi iki əməliyyat sistemində işləyir.

“i-ekb.ru” saytının verdiyi xəbərə görə, bu barədə “Gartner” şirkətinin analitikləri məlumat verib.

Ötən il bu rəqəm 96,8 faiz təşkil edib. Belə ki, “Android” əməliyyat sistemi populyarlıq qazanmaqda davam edir və hazırda bazarın 86,2 faizinə sahibdir. Bu, bir il əvvəlki göstəricidən 4 faiz çoxdur.

“Apple” şirkətinin iOS əməliyyat sistemi isə bir il öncə malik olduğu 14,6 faizlik payın 1,7 faizini itirib. Ümumilikdə isə iOS və “Android”in payına bütün istifadə olunan smartfonların 99,1 faizi düşür.

Digər əməliyyat sistemləri isə mövqelərini itirməkdə davam edir. “Microsoft” şirkətinin “Windows” əməliyyat sistemi bu bazarın cəmi 0,6 faiz payına sahibidir. Bu da ötənilki göstəricidən 2,5 faiz azdır.

“Blackberry” əməliyyat sistemi də bazar payının 0,2 faizi itirib. Hazırda onun payı 0,1 faiz təşkil edir.

Son xəbərlər
Digər xəbərlər