Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı və sanitariya üzrə investisiya proqramı çərçivəsində 75 milyon dollar məbləğində dördüncü tranşı təsdiq edib.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə,dördüncü tranşın vəsaiti Ağdaş və Beyləqanda su infrastrukturunun formalaşdırılması işlərinin başa çatdırılmasına ayrılacaq.
Layihənin reallaşdırılması üçün 25 milyon dolları Azərbaycan höküməti təmin edəcək.