6 C
Baku
Sunday, December 15, 2024

Strateji Planlama şöbəsinə Mütəxəssis – DəmirBank

Vəzifə öhdəlikləri:

• Rəqib banklar, məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
• Bankın inkişaf perspektivlərinin araşdırılması və bu sahədə təkliflərin hazırlanması;
• Regionlarda rəqabət mühitinin təhlili, mövcud və potensial  inkişaf perspektivlərinin araşdırılması;
• Regionlarda iqtisadi sektorların fəaliyyəti üzrə statistik məlumatların toplanması və sektorların gələcək inkişafı proqnozlarının verilməsi;
• Strateji məqsədlərə çatmaq üçün əsas göstəricilərin təhlili və rəqəmsəl plan göstəricilərin hazırlanması;
• Strategiyanın işçilərə çatdırılması istiqamətində qısa icmal kitabçasının hazırlanması;
• Statistik məlumatların toplanması;
• Makroiqtisadi arayışların hazırlanması;
• Bankın struktur bölmələri üzrə fəaliyyət planlarının hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi);
• Komandada işləmək bacarığı olmalı;
• Strateji idarəetmə sahəsində biliklərinə sahib olmalı;
• Ümumi bank işi və idarəetmə bacarıqlarına malik olmalı;
• Analitik və yaradıcı düşüncə tərzinə sahib olmalı;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
• Azərbaycan dilini mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
• Statistik biliklərə sahib olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 31 avqust 2016-cı il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji Planlama şöbəsinə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər