10 C
Baku
Wednesday, December 11, 2024

Bakıda vətəndaşın xəbəri olmadan adına kredit götürüldü

Bakıda vətəndaşın xəbəri olmadan onun adına saxta imza ilə kompüter alınıb.

Bu barədə vəkil Vamiq Şükürov məlumat verib.

Vəkilin sözlərinə görə, iştirakı olmadan sənədləri və imzası saxtalaşdırılmış, adına kreditə kompüter götürülmüş vətəndaş Elçin Hacıyev hüquqi yardım almaq üçün ona müraciət edib: “Kompüteri kreditə vermiş “BestComp Group” şirkəti Elçin Hacıyevi məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsi isə həmin şəxsin borcunu onun maaşından tutulması qərarı çıxarıb”.

V.Şükürov həmin qərardan apellyasiya şikayət verdiyini deyib: “Uzun sürən məhkəmə prosesindən sonra yeni qərar çıxarıldı. Məhkəmədə məlum oldu ki, mənə müraciət edə şəxs Elçin Hacıyev kompüteri həmin şirkətdən almayıb, onun yerinə imzası saxtalaşdırılıb. Məhkəmə bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması barədə xüsusi qərar qəbul etdi”.

Vəkil əlavə edib ki, bu məsələdə “BestComp Group” şirkətinin günahı olmayıb: “Sənədi saxtalaşdıranlar başqa şəxslər olub”.

Report

Son xəbərlər
Digər xəbərlər