15 C
Baku
Sunday, November 24, 2024

CyberNet 2 vakansiya üzrə işçi axtarır

VAKANSİYA 1: Biznes Analitik

Vəzifə öhdəlikləri:

• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi, təhlili, sənədləşdirilməsi və hazırlanmış sənədlərin müştəri ilə razılaşdırılması
• Məhsulun hazırlanması üçün əvvəlcədən hazırlanmış sənədlər əsasında müştərinin biznes proseslərinin proqramçılara və testçilərə izah edilməsi
• Hazır məhsuala dair təqdimat sənədlərin hazırlanması və təqdimatların keçirilməsi
• Tender çərçivəsində texniki sənədlərin hazırlanması, texniki tələblərin yazılması

Əsas tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi, və ya proqramçı kimi ən azı 5 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus dilləri yüksək səviyyədə, Ingilis dili texniki sənədləri oxumaq və yazmaq səviyyəsində
• Texniki sənədlərin hazırlanması bacarığı
• Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

İş şərtləri və şəraiti:

• Rəqabətli əmək haqqı
• İş qrafiki: 5/8 iş rejimi (iş saatları 9:00 – 18:00)
• Sosial paket: mobil danışıqların ödənişi

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes Analitik” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər


VAKANSİYA 2: Sistem Administratoru (Linux)

Əsas tələblər:

• Ali təhsil
• İT şirkətində, sistem administratoru vəzifəsində ən azı 3 il iş təcrübəsi
• Linux (Unix, Solaris) əməlliyyat sistemlərini mükəmməl bilmək
• Bash scripting, Apache (Tomcat, Jakarta, Hadoop), VMware Orchestrator, VMware vSphere 6 (VMware Cluster, HA, DRS, VDP, SRM), Storage-in idarə olunması (FC, NFS, iSCSI)
• Görülən işlərin qeydiyyatı, İT infrastruktur sxemlərini hazırlama bacarığı
• Orta səviyyədə İngilis dili bilikləri (texniki sənədlərin oxunması, tərcüməsi və mail-lərin cavablandırılması)
• Azərbaycan dili bilikləri (texniki sənədlərin yüksək səviyyədə hazırlanması və mail-lərin cavablandırılması)
Arzu olunan biliklər və bacarıqlar:
• İri təşkilatlarda server otağının qurulması, serverlərin, kabellərin, şəbəkə avadanlıqlarının qurulması və topologiyasının çəkilməsi
• Sistem və proqram monitoring alətlərini bilmək (ngios, zabbix, ipswitch və s.)
• SSL/TLS, JBoss, Windows, Active Direcroty, Terminal Server, Thin Client, Exchange Server, TMG və s.
• Sertifikatlaşdırma: VCPDCV (VMware), Network or System Administration Certificate on Linux

Vəzifə öhdəlikləri:

• Server infrastrukturunun administrasiyası
• Server avadanlıqlarının administrasiyası və texniki dəstəyi
• Sistemin monitorinqi, problemlərinin həlli və diaqnostikası
• Backup’ların alınması (TapeLibrary-yə yazılması)
• Avadanlıqların quraşdırılması və sazlanması
• Dəyişikliklərin sənədləşdirilməsi
• Yeni texnologiyaların araşdırılması və tətbiqi
• Sistemlərin daim yenilənməsi

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Sistem Administratoru (Linux)” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər