26 C
Baku
Tuesday, April 30, 2024

Leverage (leverec) nədir?

Dilimizə ingilis dilindən daxil olan leverage termini bir neçə mənada işlənir.

1. İnvestisiyaların potensial gəlirliyini artırmaq məqsədi ilə marja kimi, fərqli maliyyə alətlərindən və ya borc kapitalından istifadə etmək.

Leverec opsion, fyuçers, marja və digər maliyyə alətləri vasitəsi ilə yaradıla bilər. Məsələn təsəvvür edək ki, sizin 3000 AZN pulunuz var və siz onları investisiya etmək istəyirsiniz. Əgər belə təxmin etsək ki, siz həmin məbləğə real bazarda hər hansı bir kompaniyanın 1000 səhmini ala bilərsiniz, amma leverec sayəsində törəmə maliyyə alətləri bazarında siz 3000 AZN-i 15 opsion müqaviləsinə investisiya edə bilərsiniz. Onda sizin investisiya portfelinizdə təxminən 100 səhm əvəzinə 5000 səhm ola bilərdi. Amma yadda saxlamaq lazımdır ki, leverecdən istifadə edilməsi gəliri artırdığı kimi, potensial zərəri də artırır.

2.    Firma tərəfindən aktivlərin maliyyələşdirilməsi üçün istifadə olunan, borc götürülən vəsaitin məbləği. Borc kapitalı şəxsi kapitalından yüksək olan firma yüksək leverecə malik olur.

Əksər kompaniyalar gündəlik əməliyyatlarını həyata keçirmək üçün (əməliyyat fəaliyyətlərini maliyyələşdirmək məqsədi ilə) borc vəsaitlərdən istifadə edirlər. Bunu etməklə kompaniya öz leverecini yüksəldir, çünki o, öz kapitalını artırmadan biznes-əməliyyatlarına investisiya edə bilir.

Məsələn, əgər kompaniya təsis edilərkən investorlar 15 milyon AZN yatırım edibsə, onda kompaniyanın şəxsi kapitalının miqdarı 15 milyon AZN -ə bərabərdir. Kompaniya öz funksiyalarını həyata keçirmək üçün məhz bu vəsaitdən istifadə edir. Əgər kompaniya maliyyələşmək məqsədi ilə daha 25 milyon AZN borc vəsait cəlb edirsə, onda onun biznes əməliyyatlarına  investisiya etmək üçün əlavə 25 milyon AZN pulu və səhmdarlar üçün əlavə mənfəət qazanmaq baxımından daha çox imkanı olur.

Nəticə

Leverec həm səhmdara, həm də investora daha effektiv investisiya etməyə və öz əməliyyat fəaliyyətini səmərəli qurmaq imkanı verməklə onların hər iksinə kömək etmiş olur. Amma onun istifadəsi həm də böyük risk doğurur. Əgər investor leverecdən istifadə edirsə, amma bazar onun gözləntilərinin əksinə hərəkət edirsə, onda investorun itkiləri daha böyük olacaqdır, nəinki leverecsiz investisiyalar zamanı. Leverec mənfəət imkanını artırdığı kimi, itki imkanını da artırır.

İşgüzar aləmdə kompaniya leverecdən istifadə edə bilər ki, öz səhmdarlarının rifahını yüksəltsin, amma nəsə gözlənildiyi kimi alınmazsa və işlər korlanarsa, onda borc faizləri və kredit riski səhmdarları tamamilə müflis edə bilər.

Bundan əlavə levereci adətən daşınmaz əmlak ilə bağlı sövdələrdə istifadə edirlər, məsələn ipoteka vasitəsi ilə ev almaq üçün.

Son xəbərlər
 ⁠
Digər xəbərlər