Avtoqəza zamanı icbari sığortanın ödənilməsi təkcə avtomobillər üçün nəzərdə tutulmayıb. Mülkə və ya hər hansı bir şəxsin sağlamlığına da zərər dəyərsə, bu zaman onlara da sığorta kompensasiyası ödənilməlidir. Bu kompensasiyanı əldə etmək üçün isə müvafiq sığorta şirkətinə müraciət etmək lazımdır.
Əslində isə avtoqəza zamanı mülkə və ya sağlamlığa dəyən zərərə görə sığorta ödənişi də həyata keçirilməlidir.Bu, hadisəni törədən avtomobili icbari qaydada sığortalayan şirkət tərəfindən ödənilir. Zərərçəkən və ya ölən piyadaya, eləcə də sürücünün ailə üzvlərindən başqa bütün sərnişinlərə də nəzərdə tutulan məbləğ sığorta şirkəti tərəfindən ödənilməlidir.
Ölüm halına görə isə 5 min manat məbləğində sığorta kompensasiyası ödənilməlidir. Bunun üçün hadisə barədə müvafiq sığorta şirkətinə müraciət etmək və tələb olunan sənədləri təqdim etmək lazımdır.
Hadisəni törədən şəxsin idarə etdiyi avtomobil icbari qaydada sığortalanmadıqda, eləcə də naməlum və ya oğurluq maşın olduqda isə kompensasiya İcbari Slğorta Bürosu tərəfindən ödənilir.
Zərərçəkən şəxslər kompensasiyasını əldə etmək üçün hadisə baş verən gündən 10 il müddətinədək sığorta şirkıətinə müraciət edə bilərlər. Fırıldaqçılıq və aldatma hallarının baş verməməsi üçün mütəxəssislər məsləhət görür ki, sığorta şirkətlərinə zərərçəkənlərin hər hansı bir nümayəndəsi yox, şəxsən özləri müraciət etsinlər.
“Xəzər Xəbər”