Azretail MMC – Araz Marketlər Şəbəkəsi 2011-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda 40 filialı ilə ölkənin ən böyük market şəbəkəsidir. Məqsədimiz Siz harada- Araz orada sloganını həyata keçirərək Azərbaycanın bütün bölgələrini hədəfləyən supermarkətlər şəbəkəsini yaradılmasına nail olmaq.
Baş ofis:
AGA Business Center
Xocalı pr.55, 2-ci mərtəbə
Bakı, Azərbaycan AZ1025
Telefon: (+994 12) 404 12 36
Web adress: www.arazmarket.az
VAKANSİYA 1: Tədarükçülər üzrə Mühasib
Əmək haqqı – Namizədə uyğun razılaşdırılacaqdır.
Əsas vəzifə və Öhdəliklər
• Ödəniş tapşırıqlarının,hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması
• Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlanması.
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi.
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi
• Bank-Kassa əməliyyatların, debit-kreditorlarla borc qalıqları və üzləşmə aktlarının aparılması
• Elektron portalı ilə işləmə bacarığı
Namizədə tələblər
• Ali təhsil ( Mühasibat uçotu və Maliyyə sahəsi üzrə)
• Anbar uçotu,Vergi uçotu və İFRS ilə bağlı biliklər
• 23 – 30 yaş həddi
• Minimum aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi
• Kompyuter programları : MS Office bilikləri , Xüsusilə yaxşı excel biliyi
• Beynəlxalq Maliyyə sertifikatlarının (F1, F2, F3 , F5 və s) olması arzu olunandır.
• ERP sistemləri ilə işləmə bacarığı
Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini “mövzu” yerinə “Tədarükçülər üzrə Mühasib” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
VAKANSİYA 2: Baş Mühasib
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək
Əsas vəzifə və öhdəliklər
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
• Kapital və investisiya qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
• Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
• Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma2, Forma4, Forma 5).
• Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
• Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.
• Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.
Namizədə tələblər
• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• 30-45 yaş həddi ,
• Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Komputer bilikləri – MS office, Logo Unity, ERP
• ACCA , CIMA CFA üzrə sertifikatlar
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini “mövzu” yerinə “Baş Mühasib” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
VAKANSİYA 2: Maliyyə Analitiki
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək
Əsas vəzifə və öhdəliklər
• Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında meneclrərə yaxından kömək etmək
• Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
• Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına əsasən digər işlərin icrası
• Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
• Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
Namizədə tələblər
• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
• ACCA , CIMA CFA üzrə biliklər,
• Ümumi IFRS-i biliyi
• Maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
• Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Problemlərin həll etmə bacarığı;
• MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini “mövzu” yerinə “Maliyyə Analitiki” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.