6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda vergi daxilolmaları 5% azalıb

Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 351 970 000 manat vəsait daxil olub.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə proqnoz tapşırığına 100,3% əməl edilib. 8 ay ərzində qeydə alınmış vergi ödəyicilərinin sayı isə 75 806 olub.

Report

Son xəbərlər
Digər xəbərlər