Vəzifə – İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis
İşəgötürən – Azretail MMC (Araz Marketlər Şəbəkəsi)
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək
Əsas vəzifə və öhdəliklər
• informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• mətbuatın monitorinqi;
• əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat bazasının yaradılması;
• tədbirlərin təşkili,
• press-relizlərin hazırlanması
• PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
• dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
• PR xərcləri üzrə büdcəyə nəzarət.
• PR aksiyaların keçirilməsi və digər PR xarakterli işləri həyata keçirmək;
• Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq
• Keçirilən tədbirlərə ictimaiyyətin diqqətini cəlb etmək
Bilməlidir:
• KİV və digər vasitələrlə işləmə əsaslarını;
• PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
• PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını;
• KİV-in strukturu və funksiyalarını;
• Daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını;
• Reklam işinin əsaslarını bilməlidir.
Namizədə tələblər
• İctimai əlaqələr, jurnalist və ya filologiya sahəsində təhsil;
• Yaş həddi 25-35 yaş aralığı
• Minimal iş təcrübəsi 3 il.
• PR konsepsiyasının yaradılması təcrübəsi, müzakirə obyektinə çevriləcək hadisələrin yaradılması, PR tədbirlərinin həyata keçirilməsi;
• press-relizlər, məqalələr və reklam daşıyıcıları üçün reklam mətninin hazırlamaq səriştəsi;
• Xoşagələn zahiri görünüş, əla kommunikasiya bacarıqları, məhdud zaman çərçivəsində əla yüksək nəticə göstərmək qabiliyyəti;
• Analitik düşüncə tərzi, böyük həcmlərdə informasiyanı qəbul etmək ,təhlil etmə bacarığı, istiqamət götürmək və bu informasiyanı öz işində effektiv istifadə edə bilmək;
• İngilis və rus dili biliklərinin olması arzuolunandır.
CV-nin son göndərilmə tarixi 20.09.2016.
Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini “mövzu” yerinə “PR Mütəxəssis” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.