Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim etməyə hazırlaşır. Bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, söhbət SOCAR istiqrazlarından gedir. Şirkətin qiymətli kağızları ictimaiyyətə sentyabrın 16-da təqdim ediləcək.
İstiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.
Report